Bədii gimnastika üzrə 27-ci Bakı birinciliyinin ikinci günü start götürüb (FOTO)

Mayın 4-də Bakı Milli Gimnastika Arenasında bədii gimnastika
üzrə 27-ci Bakı birinciliyinin ikinci günü start götürüb.

Trend-in
məlumatına görə, yarışların ikinci günündə balacalar və
yeniyetmələr yaş qrupunda gimnastlar topla, gənclər isə gürzlər və
lentlə hərəkətləri nümayiş etdirəcək. Qrup hərəkətlərdə balacalar
yaş qrupunda gimnastlar alətsiz və halqalarla proqramları nümayiş
etdirəcək.

Qeyd edək ki, birincilikdə 9 klubdan ümumilikdə 123-ü fərdi və
63-ü qrup komandasının (12 qrup) üzvü olmaqla 186 gimnast iştirak
edir.

Yarışda idmançılar fərdi (balacalar – 2012, 2013, 2014-cü il
təvəllüdlü, yeniyetmələr – 2010-2011-ci il təvəllüdlü, gənclər –
2007-2009-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında
(balacalar – 2012-2014-cü il təvəllüdlü, yeniyetmələr –
2010-2011-ci il təvəllüdlü) mübarizə aparır.

İki gün davam edəcək yarışda gimnastlar fərdi çoxnövçülükdə və
qrup hərəkətləri proqramında öz aralarında qalibləri
müəyyənləşdirəcəklər.

(Tərcümə: Orxan Nəbiyev. Foto: Zaur Mustafayev)

Teqlər: