Bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatında çoxnövçülük yarışlarında gənclər yaş qrupunda ilkin nəticələr açıqlanıb

Xəbər - Cani Babayeva – Trend:

Bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatında çoxnövçülük
yarışlarında gənclər yaş qrupunda ilkin nəticələr açıqlanıb.

AzerTimes-ın məlumatına görə, dörd hərəkətin cəmində Nərminə
Bayramova 86,900 xal, Dəniz Əsgərova 80,950 xal və Nuray Əhmədzadə
80,400 xal qazanıb.

N.Bayramova və D.Əsgərova “Ocaq Sport”, N.Əhmədzadə Bakı
Gimnastika Məktəbini təmsil edir.

Martın 16-da Bakı Milli Gimnastika Arenasında bədii gimnastika
üzrə 27-ci Azərbaycan çempionatı start götürüb.

Çempionatda fərdi gimnastlar gənclər (2007-2009-cu illər
təvəllüdlü) və böyüklər (2006-cı il təvəllüdlü və daha böyük) yaş
qruplarında medallar uğrunda mübarizə aparrı.

Çempionatın ilk günü gənclər və böyüklər arasında çoxnövçülük
yarışları, ikinci günü isə alətlər üzrə final mərhələləri baş
tutacaq.

Yarışlarda Bakı şəhəri üzrə “Ocaq Sport”, Bakı Gimnastika
Məktəbi, Grasiya IK, Respublika Kompleks İdman Məktəbi, digər şəhər
və bölgələr üzrə Xırdalanın “Zirvə” klubu, Sumqayıt, Gəncə və
Mingəçevirdən ümumilikdə 40 idmançı birincilik uğrunda
yarışacaq.

Qaliblər həm ayrı-ayrı alətlərdə (top, halqa, gürzlər, lent),
həm də çoxnövçülük xalına görə müəyyənləşəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: