Hazırda Rusiyada vəziyyət çox gərgindir. Bundan mədəniyyət üçün, yəni klassik rəqsin inkişafı üçün istifadə etmək lazımdır.
AzerTimes xəbər verir ki, bunu Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli Bakıda ilk dəfə keçirilən Musiqi Forumunun “Xoreoqrafiya sənəti: milli rəqs, balet, müasir rəqs formaları” adlı panel müzakirələri zamanı deyib.
“Balet mənim üçün çox doğma sahədir. Bura xarici mütəxəssisləri də cəlb etmək lazımdır. Necə ki futbol və ya digər idman növünün inkişafı üçün xarici mütəxəssislər, məşqçilər dəvət edirlər. Rusiyada da klassik rəqs sahəsində kifayət qədər mütəxəssis var. Vəsait ayırıb onları Azərbaycana, məsələn, Bakı Xoreoqrafiya Akademiyasında tədris üçün dəvət etsələr, çox yaxşı olardı”, – o bildirib.