BEA üzvləri ehtiyatlarından 60 milyon barel neft çıxaracaqlar

Xəbər - Ləman Zeynalova – Trend:

Beynəlxalq Enerji Agentliyinə (BEA) üzv olan 31 ölkə qlobal neft
bazarlarına Rusiya-Ukrayna böhranı nəticəsində tədarük
çatışmazlığının olmayacağına dair siqnal vermək üçün fövqəladə
ehtiyatlarından 60 milyon barel neft çıxarmaq razılığına gəlib.

Trend Agentliyə istinadən xəbər verir ki, BEA-ya üzv ölkələrin
nazirləri böhranın dünya neft bazarlarında onsuz da gərgin
vəziyyət, qiymət dəyişkənliyinin artması, kommersiya ehtiyatlarının
2014-cü ildən bəri ən aşağı səviyyədə olması və istehsalçıların
qısa müddətdə əlavə tədarükü təmin etmək imkanlarının məhdudluğu
fonunda yarandığını qeyd ediblər.


Agentlik üzvlərinin 1,5 milyard barel neft ehtiyatı var. 60
milyon barel və ya bu ehtiyatların 4%-i həcmində ilkin buraxılış
elanı 30 gün ərzində gündəlik 2 milyon barrelə bərabərdir. Bundan
əvvəl kollektiv tədbirlər 2011, 2005 və 1991-ci illərdə həyata
keçirilib.

Teqlər: