BEA Azərbaycanın OPEC+ sazişini icra etməsini qiymətləndirib

Xəbər - Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev – Trend:

2021-ci ilin yanvarında Azərbaycanda neft hasilatı kondensat nəzərə alınmadan 0,59 milyon barel/sutka təşkil edib.

Trend bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadən məlumat verib.

Hesabata əsasən, bu göstərici 2020-ci ilin dekabr ayı ilə müqayisədə dəyişməz qalıb.


Qeyd olunub ki, yanvar ayında Azərbaycan OPEC+ sazişini icra olunmasımı 102 faiz yerinə yetirib:

“Azərbaycanın bazis tədarük səviyyəsi 0,72 milyon barel/sutkaya bərabərdir. Yanvar və fevral ayları üzrə hədəf göstərici 0,6 milyon barel/sutka təşkil edir”.

Teqlər: