Xəbər - Ləman Zeynalova – Trend:
Beynəlxalq Enerji Agentliyi (BEA) Azərbaycanda neft hasilatının 2021-ci ildə 0,72 milyon barel/sutkadan 2022-ci ildə 0,74 milyon barel/sutkayadək artacağını proqnozlaşdırır.
AzerTimes bu barədə Agentliyə istinadən məlumat verir.
Proqnoza əsasən, Azərbaycanda bu ilin ikinci rübündə hasilat 0,7 milyon barel/sutka, üçüncü və dördüncü rübündə hasilat 0,73 milyon barel/sutka təşkil edəcək.
Ümumilikdə, 2021-ci il ərzində Azərbaycanda neft hasilatı 0,72 milyon barel/sutka həcmində proqnozlaşdırılır. 2020-ci ildə bu göstərici 0,7 milyon barel/sutka olub.
(Tərcümə: Orxan Nəbiyev)