BEA 2021-ci ildə neft hasilatı ilə bağlı proqnozları açıqlayıb

Xəbər - Sədrəddin Ağcayev – Trend:

2021-ci ilin iyununda OPEC+ ölkələri neft hasilatın 500 min barel/sutka artırıb.

AzerTimes bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, OPEC+ iyun ayında ümumi hasilatı 40,9 milyon barel/sutkayadək artırıb. Bu ilin üçüncü rübündə hasilata tələbat 42,8 milyon barel/sutkaya çatacaq. Dördüncü rübdə bu göstərici 44,1 milyon barel/sutka təşkil edəcək.

Ümumilikdə 2021-ci ildə hasilatı 42,3 milyon barel/sutka, 2022-ci ildə isə 43,4 milyon barel/sutka səviyyəsində qeydə alınacaq.

Bundan başqa, qeyd olunur ki, iyun ayında OPEC+ sazişi 114 faiz icra olunub. Azərbaycan ötən ay saziş üzrə öhdəliklərini 100 faiz, Rusiya 96 faiz, Qazaxıstan 84 faiz yerinə yetirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: