Səhər saatlarında Türkiyədə meşə yanğınının söndürülməsinə dəstək verəcəyik.
AzerTimes xəbər verir ki, bunu jurnalistlərə açqlamasında FHN-in Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsinin kapitanı Nizami Qəhrəmanov deyib.
“Bildiyiniz kimi qardaş Türkiyənin İzmir şəhərində meşə yanğınları baş verib. Möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi Türkiyəyə yola düşür. Təxminən 1 saat sonra təyyarəmiz İzmir hava limanında yerə enəcək. Səhər saatlarında yanğının söndürülməsinə dəstək verəcəyik”, – o bildirib.