Xəbər - Çingiz Səfərli – Trend:
Universitetlərin əyani tədrisə başladığı ilk gün tələbələrin COVID-19 pasportunun yoxlanılması Bakı Dövlət Universitetinin (BDU) qarşısında böyük izdihama səbəb olub.
Məsələ ilə bağlı AzerTimes-a açıqlama verən BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva bildirib ki, tələbələrin sayının çoxluğu, həmçinin birinci kursların ilk dərs gününə valideynləri və yaxınları ilə gəlmələri səbəbindən sıxlıq yaşanıb:
“Mühafizəçilərimizin universitetin xaricinə nəzarət etməsi mümkün deyil. Lakin hər bir korpusda və fakültələrdə tələbələrin COVID-19 pasportunun olub-olmaması fərdi qaydada yoxlanılır”.
Qeyd edək ki, bu gündən ümumi təhsil müəssisələrinin V-XI sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılıb. İbtidai siniflər üçün tədrisə isə sentyabrın 22-də start verilib.
Twitter: @cingizsafarli