Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun Bakı
Dövlət Universitetinin (BDU) Ümumi fizika və fizikanın tədrisi
metodikası kafedrasının müdiri vəzifəsindən azad olunmasına dair
məlumat həqiqətə uyğun deyil.
Bunu AzerTimes-a açıqlamasında BDU-nun İctimaiyyətlə əlaqələr
şöbəsinin rəisi Kəmalə Quliyeva deyib.
O bildirib ki, Məzahir Pənahov indi yox, 27 may 2019-cu ildə öz
ərizəsi ilə işdən azad olunub.
“Fakültə Elmi Şurasının qərarı ilə bu ilin yanvarın 27-də Ümumi
fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri
vəzifəsinə Rəhim Rəhimov seçilib.
Mətbuat orqanlarını istənilən məlumatı yayarkən dəqiqləşdirməyə
çağırırıq”,- K. Quliyeva deyib.