BDU-da da koronavirusa yoluxma halı baş verib

Xəbər - Çingiz Səfərli – Trend:

Bakı Dövlət Universitetində koronavirusa yoluxma halı baş verib.

Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq universitetin mətbuat katibi Günel Orucəliyeva məlumat verib. O bildirib ki, yoluxma SABAH qruplarında qeydə alınıb:

“SABAH qruplarından olan 2 qrupda Covid-19 virusu aşkarlandığı üçün həmin qruplar 14 gün müddətinə distant təhsilə keçib”, – deyə məlumatda bildirilib.


Qeyd edək ki, ali təhsil müəssisələrində əyani tədris sentyabrın 29-dan bərpa olunub. 18 yaşdan yuxarı tələbələrdən isə vaksin pasportu tələb edilir.

Twitter: @cingizsafarli

Teqlər: