BCM Monqolustanı təhdid etdi: Putin həbs edilməsə…

BCM Monqolustanı təhdid etdi: Putin həbs edilməsə…

Rusiya Prezidenti Vladimir Putin növbəti həftə Monqolustana səfər edərsə, orada onu həbs etməyə məcburdurlar.

AzerTimes xəbər verir ki, bu barədə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) sözçüsü Fadi əl-Abdalla deyib.

O bildirib ki, Monqolustanın da məhkəmənin digər üzv ölkələri kimi əməkdaşlıq etmək öhdəliyi var və bura məhkəmənin 2023-cü ildə Putinin həbsi üçün verdiyi orderin icrası da daxildir.

BCM nümayəndəsi əlavə edib ki, hakimlər öhdəliyi imzalayan ölkələrin “əməkdaşlıqdan imtina” ilə bağlı işlərə baxacaq.

Qeyd edək ki, V.Putin avqustun 3-də Monqolustana səfər edəcək.

Teqlər: