BBC İsrail ordusundan üzr istəməlidir – Lerner

BBC İsrail ordusundan üzr istəməlidir – Lerner

Britaniyanın BBC yayım korporasiyası HƏMAS yaraqlılarının “Əş-Şəfa” xəstəxanasından istifadəsinə dair dəlil olmadığı barədə məlumat yaydığı üçün üzr istəməlidir.

AzerTimes xəbər verir ki, bunu İsrail ordusunun nümayəndəsi Peter Lerner deyib.

Onun sözlərinə görə, İsrail hərbçiləri xəstəxananın altında 50 metr uzunluğunda zirehli qapısı olan tunel, həmçinin odlu silahlar, rabitə vasitələri aşkar ediblər:

“HƏMAS yalan danışdı və xəstəxanadan istifadə etdiyini təkzib etdi. Ümumdünya Səhiyyə Təşkilatının bunu qınamasını gözləyirik. BBC də üzr istəyəcəkmi? BBC-nin beynəlxalq xidmətinin redaktoru Ceremi Bouen “mən səhv etdim” deyəcəkmi?”

Teqlər: