“Bazarstore”da pozuntular aşkarlanıb

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, fevralın 26-da keçirilmiş monitorinqlər zamanı Səbail rayonunda “Bazarstore” mağazasında, Nizami rayonunda Teymur Cabirova məxsus çörək sexində, Binəqədi rayonunda “PAK-46” ərzaq mağazası”nda, Nərimanov rayonunda Əliəkbər Mirzəyevə məxsus pərakəndə ticarət obyektində, ümumilikdə, 4 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Teqlər: