Bayraqdarlar milyarder oldular

Bayraqdarlar milyarder oldular

Türkiyənin “Baykar Defence” şirkətinin sahibləri – Səlcuq və Haluk Bayraqdar ilk dəfə “Forbes”in milyarderlər siyahısına daxil edilib.

AzerTimes xəbər verir ki, “Baykar Defense”nin texniki direktoru və ortaq sahibi Səlcuq Bayraktar 1,2 milyard dollar sərvətlə 2410-cu yeri tutub.

Onun qardaşı “Baykar Defence”nin baş direktoru Haluk Bayraqdar isə reytinq cədvəlində 2545-ci yerdədir. Onun sərvəti 1,1 milyard dollar olaraq qiymətləndirilir.

Qeyd edək ki, Səlcuq Bayraqdar həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir.

Teqlər: