“Bayraqdar”ın istehsalçısı Azərbaycanda fəaliyyətə başlayır

“Bayraqdar”ın istehsalçısı Azərbaycanda fəaliyyətə başlayır

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bayraqdar Teknoloji Azərbaycan MMC-ni dövlət qeydiyyatına alıb.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, nizamnamə kapitalı 1,7 milyon manat, qanuni təmsilçisi isə Türkiyənin “Baykar Makina” şirkətinin sahə koordinatoru Hüseyn Topuzdur.

Xatırladaq ki, “Baykar Makina” “Bayraqdar” pilotsuz uçuş aparatlarının (PUA) istehsalı ilə məşğuldur. Azərbaycan ordusunun 2020-ci ildəki Vətən Müharibəsində geniş tətbiq etdiyi bu PUA-ların yaradıcısı Səlcuq Bayraqdardır. O, həm də “Baykar Savunma” şirkətinin texniki direktorudur.

Teqlər: