Səlcuq Bayraqdar Ukrayna və Fələstində müharibə ilə bağlı ikili standartlar nümayiş etdirməsi fonunda Avropa Komissiyasının sədri Ursula fon der Leyeni ikiüzlü adlandırıb.
AzerTimes xəbər verir ki, o,bu barədə sosial media hesabında yazıb.
“İkiüzlülüyün ideal mənzərəsini necə çəkmək olar”, – Bayraqdar Ursula fon der Leyenin bəyanatını şərh edərkən yazıb.
O, başqa paylaşımında isə bunları qeyd edib:
“Allah bütün məzlumlara kömək olsun. Həqiqətən, O, qüdrətlidir, duaları eşidəndir”.