“Bayraqdar” Putinə nümunə oldu

“Bayraqdar” Putinə nümunə oldu

Türkiyənin PUA-ları Putin və bütün dünya liderlərinə nümunə oldu. Hazırda Türkiyə bu sahədə özünü Almaniyadan daha yaxşı təmin edir.

AzerTimes xəbər verir ki, bu barədə “A Haber” portalı məlumat yayıb.

Almaniyanın “focus.de” nəşri də “Bayraqdar TB2” ilə bağlı diqqətçəkən xəbər yayıb.

Qeyd olunub ki, 1970-ci illərdə ABŞ-ın Türkiyəyə tətbiq etdiyi embarqolardan sonra ölkə öz müdafiə sənayesi sahəsində müstəqil olmaq üçün inqilabi addımlar atır:

“TB2 döyüş meydanında böyük təsirə malik olmasına baxmayaraq, nisbətən ucuzdur. Ukrayna müharibəsində də Türkiyə açıq şəkildə “Bayraqdar”ın ən yaxşı silah sistemlərindən biri olduğunu ortaya qoydu. Buna görə hazırda bir çox ölkə “Bayraqdar” almaq istəyir.

Türkiyə sadəcə bir ildə dronlara 1,6 milyard dollar sərmayə qoymaqla, özünü təminetmə faizini yüzdə yetmişə çatdırıb. Hədəf isə yüzdə yüz nəticə göstərmək idi. “Bayraqdar”dan əlavə onlar təyyarədaşıyan gəmilər, müxtəlif zirehli maşınlar, tanklar, daşınabilən portativ raket qurğuları, helikopterlər, peyk sistemlərini də inkişaf etdirirlər”.

Teqlər: