Türkiyənin “Bayraqdar” pilotsuz uçuş aparatlarının (PUA) partiyası Albaniyaya gətirilib.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Niko Peleşi bildirib.
“Effektivliyi və qabaqcıl texnologiyası ilə tanınan “Bayraqdar” PUA-ları artıq Albaniyadadır! İki gündür montaj və paralel olaraq onların istismarı, nəzarəti üçün dəstəkləyici infrastrukturun quraşdırılması işləri aparılır. Bu, silahlı qüvvələrimizdə modernləşmə və innovasiyalara sadiqliyin rəmzidir”, – N.Peleşi Feysbuk səhifəsində yazıb.