Bayraqdar Pakistanla yeni müqavilə imzaladı

Bayraqdar Pakistanla yeni müqavilə imzaladı

Pakistanın Ravalpindi şəhərində Milli Aerokosmik Elm və Texnologiya Parkının (NASTP) rəsmi açılışı olub.

AzerTimes xəbər verir ki, mərasimdə Pakistan Baş naziri Şahbaz Şərif və “Baykar” İdarə Heyətinin sədri Səlcuq Bayraqdar da iştirak ediblər.

Açılış proqramından sonra “Baykar” və NASTP arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib. Müqaviləni Səlcuk Bayraqdar və NASTP komandiri general-leytenant Qulam Abbas Qumman imzalayıb.

Səlcuq Bayraqdar həmçinin Pakistanın baş naziri Şahbaz Şərif, Baş Qərargah rəisi, general Seyid Asim Munir Əhməd Şah və Hərbi Hava Qüvvələri Komandanı, general Zaher Əhməd Babur Sidhu ilə də görüşlər keçirib.

Bildirilib ki, “Baykar” şirkəti Pakistanın aerokosmik sisteminə öz töhfəsini verməkdə davam edəcək. Beləliklə, Türkiyə ilə Pakistan arasında əsrlər boyu mövcud olan möhkəm bağlar yüksək texnologiya ilə daha da möhkəm şəkildə gələcəyə daşınacaq.

Teqlər: