Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar dünyanın ən zəngin insanları siyahısına düşüb.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın məşhur “Forbes” nəşri məlumat yayıb.
S.Bayraqdar 1,2 milyard dollarlıq sərvətlə Türkiyənin 24-cü ən varlı insanıdır.
Qeyd edək ki, siyahıda Türkiyədən ümumilikdə 27 nəfər var, onlardan 23-ü kişi, 4-ü qadındır.