Türkiyənin “Bayraqdar” şirkətinin Azərbaycandakı törəmə şirkəti olan “Bayraqdar Texnologiya Azərbaycan” (Bayraktar Teknoloji Azərbaycan MMC) saytında işçilərin qəbulu başlayıb. Şirkət ötən ilin payızında dövlət qeydiyyatına alınıb.
AzerTimes Marja.az-a istinadla xəbər verir ki, “Bayraqdar Texnologiya Azərbaycan” 18 vəzifə üzrə vakansiyalar elan edib.
Vakansiyalar aşağıdakılardır:
– Elektron sistem dizaynı mühəndisi
– İnformasiya texnologiyalarına texniki dəstək mütəxəssisi
– İnsan resursları mütəxəssisi
– İnzibati işlər üzrə satinalma mütəxəssisi
– Logistika anbar mütəxəssisi
– Mexaniki dizayn mühəndisi
– Mühasibat uçotu mütəxəssisi
– PUA pilotu
– Quraşdırılmış proqram təminatının inkişafı üzrə mühəndis
– Sahə texniki (Elektronika/Avionika)
– Süni intellekt proqram təminatı mühəndisi
– Tam stack proqram mühəndisi
– Təmirin idarə edilməsi üzrə əməliyyatların mütəxəssisi
– Təyyarə baxım texniki (mexanik)
– Təyyarə baxım texniki (elektronika)
– Təyyarə baxım texniki (struktur üzrə)
– Təyyarədə təmir mühəndisi
– Uçuşlara nəzarət mühəndisi.
Şirkətində işləmək üçün buradan müraciət edə bilərsiniz.
Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, nizamnamə kapitalı 1,7 milyon manat, qanuni təmsilçisi isə Türkiyənin “Baykar Makina” şirkətinin sahə koordinatoru Hüseyn Topuzdur.