Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev İsraildə keçirilən “Qeyri-müəyyənlik dövründə baxış və strategiya” mövzusunda konfransda çıxış edib.
AzerTimes xəbər verir ki, Herzliya şəhərində keçirilən konfransda çıxışı zamanı nazir müavini strateji xarakter daşıyan Azərbaycan-İsrail əlaqələrindən bəhs edib.
Sabah F.Rzayev həmçinin Təl-Əviv Universitetində İsrail-Azərbaycan münasibətlərinə həsr olunmuş tədbirdə çıxış edəcək.
Məlumata görə, tədbirdə İkinci Qarabağ müharibəsinin nəticələri, eləcə də Azərbaycan ilə İsrail arasında əməkdaşlığın və strateji tərəfdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunacaq.
Tədbirdə həmçinin Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov, Təl-Əviv Universitetinin professoru Eytan Yanarocaq və Təl-Əviv Universitetinin Moşe Dayan adına Yaxın Şərq və Afrika Araşdırmaları Mərkəzinin direktoru doktor Brendon Fridman da iştirak edəcək.