Son iki il yarım ərzində, eləcə də 30 illik işğal zamanı Azərbaycan onlarla, yüzlərlə, hətta minlərlə müxtəlif müraciətlər eşidib.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın Laçın yolu ilə bağlı çağırışına münasibət bildirən xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Əlbəttə, bu çağırışlara eşitmək və analiz etmək vacibdir. Biz bunu edirik, adekvat cavablar veririk. Hesab edirəm ki, zaman göstərdi ki, məsələləri düzgün istiqamətdə inkişaf etdirmək və həll etmək üçün Azərbaycan tərəfi sistemli tədbirlər görməlidir və görür. Azərbaycan dövlətinin məsələlərin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə öz baxışı var. Biz öz siyasətimizi kiminsə çağırışlarını rəhbər tutaraq deyil, milli maraqlarımıza əsaslanaraq aparırıq. Əminik ki, bu siyasət müsbət nəticələr verəcək”, – deyə Bayramov bildirib.