Bayramov Zirvəyə yürüş etmiş əməkdaşlara təşəkkür etdi

Bayramov Zirvəyə yürüş etmiş əməkdaşlara təşəkkür etdi

Xarici işlər naziri Ceyhun Bayramov Heydər Zirvəsinə yürüş iştirak etmiş XİN əməkdaşlarına təşəkkür edib.

AzerTimes xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Tvitter hesabında məlumat yayılıb.

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Xarici İşlər Nazirliyi (XİN) tərəfindən təşkil edilmiş Heydər Zirvəsinə yürüşdə iştirak etmiş XİN əməkdaşları ilə görüşərək, belə əhəmiyyətli təşəbbüslərdə fəal iştiraka görə diplomatlara təşəkkür edib”, – XİN-in paylaşımında qeyd olunub.

Teqlər: