Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ABŞ-da keçirilən danışıqlar bu gün ikitərəfli formatda davam etdiriləcək.
AzerTimes xəbər verir ki, bu gün ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə üçtərəfli görüşlər gözlənilmir.
Qeyd edək ki, iyunun 27-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ikitərəfli görüş keçirilmişdi.