Ukraynanın yeni xarici işlər naziri Andrey Sibiqa və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
AzerTimes xəbər verir ki, bu barədə Andrey Sibiqa X hesabındakı paylaşımında bildirib
Qeyd edək ki, onlar ikitərəfli və çoxtərəfli məsələlər, eləcə də ortaq problemlər haqqında danışıb.
“Biz suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmətimizi bir daha təsdiqlədik. Ümid edirəm ki, əməkdaşlığımız xalqlarımız arasındakı dostluq əlaqələrini əks etdirəcək”, – deyə Andrey Sibiqa əlavə edib.