Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi X hesabında məlumat yayıb.
Qeyd olunub ki, görüş Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin görüşünün çərçivəsində baş tutub. Nazirlər Azərbaycanla Ukrayna arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.