Bayramov ukraynalı həmkarı ilə danışdı

Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ukraynalı həmkarı Dmitri Kuleba arasında telefon danışığı baş tutub.

AzerTimes xəbər verir ki, bu barədə Kuleba sosial şəbəkə hesabında paylaşımında bildirib.

“Telefon danışığımız zamanı Ceyhun Bayramovla Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd etdik. Azərbaycana humanitar yardıma görə təşəkkür etdim. Həmkarımı Rusiyanın Ukraynanın mülki və enerji infrastrukturuna zərbələri barədə də bilgiləndirdim. Biz gələcək ikitərəfli təmasları əlaqələndirdik”, – Kuleba qeyd edib.

Teqlər: