Bayramov Suriya ilə münasibətlərdən danışdı

Bayramov Suriya ilə münasibətlərdən danışdı

Bir il bundan öncə Suriyada baş verənlər yadımızdadır. İlk gündən bu dəyişiklikləri alqışladıq. Bu, həm Suriya xalqı üçün həm qonşu dövlətlər, həm də bizim üçün yaxşı inkişaf idi.

AzerTimes xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekununa dair mətbuat konfransında deyib.

“Azərbaycanla Suriya arasında Bəşər Əsəd dövründə heç bir münasibət yox idi. Çünki qeyri-dost, qərəzli addımlar atırdılar. Dəyişikliklər baş verəndən dərhal sonra prezidentin tapşırığına uyğun olaraq missiya getdi, humanitar yardım göstərildi. Fevral ayından etibarən – 13 illik fasilədən sonra Suriyanın səfirliyi ölkəmizdə bərpa edildi.

Avqust ayından etibarən isə Azərbaycan Suriyaya Türkiyə vasitəsilə, o cümlədən, Qətərin iştirakı ilə qaz ixracına başladı. Ümumilikdə 1.2 milyard kub metr. Bununla da, Suriya Azərbaycanın boru xətti üzrə qaz çatdırdığı ölkələr arasında 14-cü ölkə oldu”, – nazir bildirib.

Teqlər: