Bayramov şərtlərini diktə edəcək, erməni nazir isə… – Marxuliya

Bayramov şərtlərini diktə edəcək, erməni nazir isə… – Marxuliya

Cənubi Qafqazda baş verən istənilən mühüm hadisə və proseslər bu və ya digər dərəcədə regionun bütün xalqlarının maraqlarına təsir edir. Sevindirici haldır ki, iyulun 16-da Tiflisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirildi. Bununla demək olar ki, ən yaxın qonşularımızın siyasi dialoqu bərpa edir. Gürcüstan ictimaiyyəti danışıqları diqqətlə izləyir və tərəflərin Qarabağ məsələsinin yekun həlli üçün konkret nəticəyə gələcəyinə əmindir.

AzerTimes xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində Suxumi Dövlət Universitetinin (Gürcüstan) professoru, politoloq, tarixçi alim Quram Marxuliya söyləyib.

“Təbii ki, biz bütün məsələlərin bir gündə həll olunacağı fikrindən uzağıq. Lakin inanırıq ki, bu görüşlər müntəzəm və ən əsası, davamlı xarakter alacaq. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin geosiyasi vasitəçilərsiz Tbilisi görüşü həqiqətən də tərəflərə öz milli maraqlarından çıxış etmək imkanı verəcək”, – politoloq qeyd edib.

Tarixçi alimin sözlərinə görə, Azərbaycan danışıqlarda qalib dövlətdir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov öz şərtlərini diktə edəcək, bu aspektdə erməni nazir şanslı mövqedə deyil. Ona görə də inanırıq ki, o, mövqeyi ilə məyusluğa səbəb olacaq addım atmayacaq, öz dövlətinin indiki vəziyyətini nəzərə alaraq mövcud vəziyyətə uyğunlaşmalı olacaq.

Ona görə də hesab edirik ki, ilk növbədə, tərəflər məsələnin yekun həlli üçün onların statik və dinamik aspektlərini nəzərə alan konseptual modelin qurulmasına nail olacaqlar.

Teqlər: