Bayramov Qərb ölkələrinin mövqeyini tənqid etdi

Bayramov Qərb ölkələrinin mövqeyini tənqid etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qərb ölkələrinin regional problemlərlə bağlı mövqeyini tənqid edib.

AzerTimes xəbər verir ki, bu barədə C.Bayramov İran Prezidenti İbrahim Rəisinin qəbulunda olarkən danışıb.

O, Azərbaycanın İranla əlaqələrə xüsusi önəm verdiyini bildirib: “İranın Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi məsələsində tutduğu mövqeyi yüksək qiymətləndiririk”.

C.Bayramov qeyd edib ki, son aylar iki ölkə arasında münasibətlərin normallaşması və ikitərəfli əməkdaşlığın təşviqi istiqamətində mühüm irəliləyişlər əldə olunub.

Qeyd edək ki, İranın paytaxtı Tehranda “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) xarici işlər nazirlərinin görüşü keçirilir.

Teqlər: