Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Petr Fiala ilə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi X hesabında məlumat verilib.
Bildirilib ki, tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivlərini, COP29-la əlaqədar məsələləri və münaqişədən sonrakı regional dinamikanı müzakirə ediblər.