Münaqişədən sonra Ermənistanla normallaşma əlaqələrinin yaranmasında tarixi fürsət var.
AzerTimes xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov dekabrın 14-də türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, Azərbaycan-Türkiyə müttəfiqliyi bölgədə sabitliyin qorunmasının əsas faktorudur:
“Region ölkələri arasında münasibətlər qurulmalıdır. Ermənistan tərəfi də eyni yanaşma ilə addımlar atacaq və belə olan təqdirdə müsbət nəticələr əldə etmək real görünür”, – nazir qeyd edib.