Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailin Baş naziri Benyamin Netenyahu ilə görüşüb.
AzerTimes xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik Tvitterdə yazıb.
Görüşdə regional məsələlər müzakirə edilib, ikitərəfli əməkdaşlığın gücləndirilməsinə dair razılıq əldə olunub.