Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı olub.
AzerTimes xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı BƏƏ ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlər, eləcə də onların möhkəmləndirilməsi yolları müzakirə edilib.
Həmçinin qeyd olunub ki, Azərbaycanın bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi ilə əlaqədar iqlim sahəsində əməkdaşlıq məsələlərinə toxunulub.