İyunun 26-da ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş keçiriləcək.
AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Qeyd edək ki, daha öncə Ermənistan Baş naziri Nikol Paşinyan XİN başçılarının gələn həftə görüşəcəyi barədə açıqlama vermişdi.