Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyanın yaxın gələcəkdə görüşmələrinə dair hələ ki, məlumat yoxdur.
AzerTimes xəbər verir ki, bunu Report-a açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
Onun sözlərinə görə, görüşlə bağlı məlumat hələ ki, təsdiqlənməyib.
Qeyd edək ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan fevralın 8-də bildirmişdi ki, yaxın vaxtlarda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla növbəti görüş planlaşdırılır.