Bayramov – Mirzoyan görüşü olmayacaq – İrəvan

Bayramov – Mirzoyan görüşü olmayacaq – İrəvan

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri – Ararat Mirzoyan və Ceyhun Bayramov arasında Vaşinqtonda danışıqlara dair razılıq yoxdur.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.

“Rəsmi görüş, Mirzoyan-Bayramov danışıqları barədə heç bir razılıq yoxdur”, – Badalyan bildirib.

Qeyd edək ki, XİN rəhbəri Ceyhun Bayramov ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçirilən NATO Zirvəsində iştirak edəcək. Həmçinin onun erməni həmkarı Ararat Mirzoyan da zirvədə iştirak etmək üçün Vaşinqtonda səfərdədir.

Teqlər: