Bayramov livanlı həmkarı ilə görüşdü

Bayramov livanlı həmkarı ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinə işgüzar səfəri çərçivəsində Livan Respublikasının xarici işlər və diaspora naziri Abdallah Bouhabib ilə görüş keçirib.

XİN-dən AzerTimes-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Livan arasında ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər, o cümlədən siyasi, iqtisadi, humanitar, mədəniyyət və s. sahələrdə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. XİN-lər arasında siyasi məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.

Azərbaycan ilə Livan arasında beynəlxalq təşkilatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın vacibliyi qeyd olunub.

Nazir Ceyhun Bayramov regionda baş verən son proseslər, Azərbaycan-Ermənistan normallaşma prosesi, eləcə də 4 kəndimizin işğaldan azad edilməsi ilə nəticələnən razılaşma barədə həmkarına məlumat verib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Teqlər: