Bayramov Kassislə erməni təxribatını müzakirə etdi

Bayramov Kassislə erməni təxribatını müzakirə etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində İsveçrənin xarici işlər naziri İnatsio Kassislə görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb.

“Nazir Bayramov Ceyhun BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində İsveçrənin xarici işlər naziir İnatsio Kassis ilə görüşərək Azərbaycan-İsveçrə tərəfdaşlığı, regional təhlükəsizlik məsələləri və son erməni hərbi təxribatlarını müzakirə edib”, – xarici siyasət idarəsinin məlumatında bildirilib.

Ceyhun Bayramovun sosial şəbəkədə yazdığına görə, görüşdə regional təhlükəsizlik məsələlərinin müzakirəsi ilə yanaşı qanunsuz rejimin ləğvi və tərksilah edilməsinin vacibliyi vurğulanıb.

Teqlər: