Bayramov Karinslə antiterror tədbirlərindən danışdı – Foto

Bayramov Karinslə antiterror tədbirlərindən danışdı – Foto

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyası çərçivəsində latviyalı həmkarı Krisjanis Karins ilə görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə C.Bayramov X hesabında məlumat yayıb.

Qeyd olunub ki, görüş zamanı Azərbaycan və Latviya arasında ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən Azərbaycanın sülh və antiterror tədbirlərindən sonra reinteqrasiya ilə bağlı növbəti addımları müzakirə edilib.

Teqlər: