Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Mərakeşə rəsmi səfəri çərçivəsində İSESKO-nun baş direktoru Salim əl-Məliklə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, tərəflər ikitərəfli əməkdaşlıq gündəliyini və mədəniyyətlərarası tolerantlığın və dialoqun təşviqi üzrə birgə layihələri müzakirə ediblər.