Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın Məşhəd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 28-ci iclasında çıxış edib.
AzerTimes xəbər verir ki, C.Bayramov İƏT çərçivəsində iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, ətraf mühit, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın sektorlar üzrə inkişafı ilə bağlı Azərbaycanın perspektivləri barədə danışıb.
Nazir, həmçinin İƏT regionunda “ECO Vision 2025″ə uyğun olaraq davamlı artım və inkişafın təmin edilməsi üçün gələcək planlar və layihələrdən bəhs edib.