Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın Nyu York şəhərində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
XİN-in məlumatına görə, C.Bayramov həmkarına Qarabağ xalçası hədiyyə edib.
“Can Azərbaycana bu önəmli hədiyyə üçün təşəkkür edirik”, – paylaşımda bildirilib.