Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan -əsSəud ilə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə XİN-in Tvitter səhifəsində paylaşım edilib.
Səfərin məqsədi tərəflər arasında diplomatik əlaqələrin 30 illiyinə həsr olunmuş tədbirdə iştirak etməkdir.