Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri Məhəmməd Ştayte ilə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Ceyhun Bayramov Tvitter səhifəsində paylaşım edib.
Görüşdə ikitərəfli münasibətlər, müxtəlif platformalarda çoxtərəfli əməkdaşlıq, regional və beynəlxalq məsələlər ətrafında əsaslı müzakirələr aparılıb.