Bayramov bu türk ölkəsinə təşəkkür etdi

Bayramov bu türk ölkəsinə təşəkkür etdi

Müstəqilliyimizə və suverenliyimizə davamlı dəstəyə görə qardaş Özbəkistan xalqına və hökumətinə minnətdarıq.

AzerTimes xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tvitter hesabında özbəkistanlı həmkarı Vladimir Norova ölkəmizin Müstəqilliyin Bərpası ilə bağlı təbrik paylaşımına görə təşəkkür edərkən yazıb.

“Xoş arzularınız üçün təşəkkür edirəm əziz Vladimir Norov. Xalqlarımız arasında dostluq əbədi olsun!”, – Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

Teqlər: