Bayramov Brüsseldə mühüm iclasda iştirak edir

Bayramov Brüsseldə mühüm iclasda iştirak edir

Brüsseldə Avropa Birliyinin (AB) Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclası başlayıb.

AzerTimes xəbər verir ki, AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrelin sədrliyi ilə keçirilən toplantıda ittifaqın qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi də iştirak edir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iclasda iştirak edir.

“Şərq Tərəfdaşlığı” proqramına daxil olan 6 ölkədən 5-nin (Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) xarici işlər nazirləri AB ölkələrindən olan həmkarları ilə bir araya gəliblər.

Görüşdə həmçinin Avronest Parlament Assambleyası, Avropa Regionlar Komitəsi/CORLEAP, Avropa İqtisadi və Sosial Komitəsi, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu, Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri də iştirak edir.

İştirakçılar AB-nin İqtisadi və İnvestisiya Planını da müzakirə edəcəklər.

Teqlər: