Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Mirjana Spolyariç Egger ilə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan XİN-in X hesbaında paylaşım edilib.
Görüşdə regiondakı son vəziyyət fonunda Azərbaycan ilə BQXK arasında əməkdaşlığın hazırkı vəziyyəti, o cümlədən çağırışlar və gələcək perspektivlər müzakirə olunub.
Qeyd edək ki, C.Bayramov Cenevrədə işgüzar səfərdədir.